Bakının bu ünvanında sakinlərin həyatı təhlükədədir
Bakının Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən iki mərtəbəli, səkkiz ailənin yaşadığı bina qəza vəziyyətdədir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, binanın əsas konstruksiyaları köhnə və yararsız taxta parçalarından ibarətdir ki, bu da orada yaşayan sakinlərin təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Sakinlərin məlumatına görə, bina illərdir təmir edilməyib və hazırda yaşayış üçün tamamilə yararsız hala düşüb. Çatlamış divarlar, çürümüş döşəmələr və təhlükəli konstruksiya elementləri də mövcuddur.
Bu şəraitdə yaşayan ailələr hər gün həyatlarını təhlükəyə atırlar. Onlar dəfələrlə müvafiq qurumlara müraciət ediblər, lakin hələ də heç bir tədbir görülməyib.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. BAKU.WS xəbər verir ki. ilkin...