Bakıdan Dubaya uçan təyyarə yarı yoldan geri qayıtdı
02
mar
2020
11:18
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.
AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.
Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.
Oxşar xəbərlər
Bakıdan Moskvaya uçan təyyarə təcili eniş etdi
Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən "Azərbaycan Hava Yolları"nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra H...