Bakıda zibilliklə bağlı iyrənc mənzərə: "Milçəklər ağzımıza dolur" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu, şəhər şosesi, döngə 2 ünvanında yaşayan sakinlər küçəyə atılan zibillərin vaxtında daşınmamasından şikayətlənirlər. Onlar deyirlər ki, ərazidə zibil qutularının az olması da yaşadıqları ərazidə xoşagəlməz mənzərə yaradır.
BAKU.WS-in xezerxeber.az-a məlumatına görə, kifayət qədər zibil qutusu olmadığı üçün məişət tullantıları pərakəndə şəkildə ətrafa atılır.
Çəkiliş apardığımız zaman sözügedən əraziyə Sabunçu rayon kommunal idarəsinə məxsus zibil daşıyan maşın gəldi. İdarənin işçiləri tərəfindən qutulardakı zibillər avtomobilə yüklənsə də, ətrafdakı zibillər yığışdırılmadı.
Problemlə bağlı Sabuçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, istəyimiz boşa çıxdı.
Oxşar xəbərlər
Bir həftə əvvəl istifadəyə verilmiş parkda natəmizlik hökm sürür - VİDEO
Bir həftə əvvəl Bakıda istifadəyə verilmiş park baxımsız vəziyyətdədir. BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Bakının Xətai rayonunda istifad...