Bakıda zəncirvarı qəza zamanı beş avtomobil toqquşub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.
"Renault" markalı nəqliyyat vasitəsi qarşıda dayanmış "Toyota" markalı nəqliyyat vasitəsinə, "Toyota" isə qarşıdakı "Mercedes"ə çırpılıb. Əks yolda hərəkət edən və taksi kimi istifadə olunan "Opel" markalı avtomobilin sürücüsü də baş vermiş hadisəyə baxmaq üçün dayanıb. Bu zaman onun fikri yayındığından avtomobili qarşıdakı "Mercedes"ə çırpılıb.
Hadisə yerinə YPX və PPX əməkdaşları cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda YPX avtomobili “Mercedes”ə çırpıldı - VİDEO
Yol Patrul Xidməti (YPX) avtomobili “Mercedes” markalı avtomobilə çırpılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi dünən Bakı-Sumqayı...