Bakıda zəncirvari qəza: 3 maşın toqquşdu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
"Nissan", "Chevrolet" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində idarəetmədən çıxan "Nissan" markalı avtomobil işıq dirəyinə çırpılıb. Həmin nəqliyyat vasitəsinin sükanı arxasında olan qadın sürücü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.
Hadisənin baş verdiyi ərazidə yol təsərrüfatına ziyan dəyib.
Qəza yerinə polis əməkdaşları cəlb edilib. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün qəzaya uğrayan avtomobillər ərazidən kənarlaşdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda biznesmeni maşınında GÜLLƏLƏDİ: Rəşad Dağlının dostunun CİNAYƏT İŞİ
Kliniki Tibbi Mərkəzdən 28-ci Polis Bölməsinə məlumat verilib ki, güllə yarası alanların ikisinin də həyatları xilas edilib. Faktla bağlı Yasamal rayon prokuror...