Bakıda yüksək sürətlə tunelə girən avtomobil aşıb, tıxac yaranıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon ərazisindəki tuneldə Elnur Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb.
“Hyundai” beton yol ayrıcına, daha sonra işıq dirəyinə çırpılaraq yolun əks tərəfinə keçib.
Sürücü E.Əhmədov qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində Ziya Bünyadov prospektində hər iki istiqamətdə tıxac yaranıb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda sükan arxasında yuxulayan sürücü dəhşətli qəzaya səbəb oldu - FOTO
Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin...