Bakıda yük avtomobilinin nasaz olması qəzaya səbəb olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük maşının sürücüsü, avtomobil nasaz olduğu üçün tunelin girişində nəqliyyat vasitəsini saxlayıb. Bu zaman yüksək sürətlə idarə olunan “Hyundai” markalı minik maşını yük avtomobilinə çırpılıb.
Zərbənin təsirindən yük maşını tunelin beton divarına dəyib.
Qəza nəticəsində “Hyundai”-ın sürücüsü ağır xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...