Bakıda YPX piyadanı vuraraq öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı BMW markalı avtomobil vurub.
Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda YPX əməkdaşı 23 yaşlı qızın həyatını xilas edib - FOTO
Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşı 23 yaşlı qızın həyatını xilas edib.BAKU.WS “Report”-a istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektind...