Bakıda yolda qazılan çuxur bir neçə avtomobili yararsız hala salıb - VİDEO

Bakıda yolda qazılan çuxur bir neçə avtomobili yararsız hala salıb - VİDEO
Video
Hadisə 640

Bakıda yolda qazılan çuxurun qarşısında müvafiq nişanın olmaması bir neçə avtomobilə zərər vurub

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə “Şamaxinka” kimi tanınan ərazidə baş verib.

Vüsal Məmmədyarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman qəfil yolun ortasındakı çuxura düşüb.

Sürücü bildirib ki, nəticədə onun avtomobili yararsız hala düşüb. O, hadisə zamanı çuxurun qarşısında müvafiq nişanın olmadığını deyib.

Hadisə şahidləri bundan əlavə üç avtomobilin həmin çuxura düşdüyünü bildirib.

Sürücülərin şikayətindən sonra qazılmış çuxurun ətrafına “Azərsu” ASC-nin əməkdaşları tərəfindən çınqıl tökülüb.

Sonra sözügedən yerin qarşısına xəbərdaredici nişan qoyulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər