Bakıda yol polisini avtomobil vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, "Kukla" teatrının yanında qeydə alınıb.
Belə ki, polis serjantı Ağamalıyev Ramin Rasim oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hazırda faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır:
"Yaralı polis serjantı hospitala yerləşdirilib və nəzarətə götürülüb".
Oxşar xəbərlər
Gəncədə qandonduran hadisə — Azyaşlı qızları zorladı, çılpaq fotolarını çəkdi və ...
Azyaşlı qızları zorlayan, seksual xarakterli hərəkətlər edən, 14 il azadlıqdan məhrum edilən 30 yaşlı oğlan cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət ed...