Bakıda yol polisinə tabe olmayan “avtoş” həbs olundu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda kobud qayda pozuntusu edən sürücü həbs olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "report"a məlumat verib.
O bildirib ki, mayın 9-u səhər saatlarında VAZ 2107 markalı 10 NR 230 dövlət nömrə nişanlı avtomobil sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkət etdiyi üçün digər hərəkət iştirakçıları, xüsusilə də sürücülər tərəfindən ona irad edilib:
"Ona başqa sürücülərin etdiyi irada cavab olaraq sürücü özünü yığışdırmaq, üzr istəmək əvəzinə qaydaları daha da kobud şəkildə pozmaqla hərəkətini davam etdirib. Görüntülər şəhərin təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alındığına görə həmin sürücünün saxlanılması üçün müvafiq tədbirlər həyata keçirilib".
V.Əsədov qeyd edib ki, sürücü saxlanılıb. Məlum olub ki bu şəxs 1988-ci il təvəllüdlü Bakı şəhər sakini, Nəsimi rayonu üzrə qeydiyyatda olan və hazırda Yasamal rayonunda yaşayan Qayıbov Nicat Rövşən oğludur. O, subaydır və soyuducu təmiri ustası kimi fəaliyyət göstərir.
"Onun barəsində toplanılan sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarına əsasən, 10 sutka həbs cəzası verilib. Hazırda Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılır".
Oxşar xəbərlər
DYP-dən absurd TƏLƏB: Video çəkiliş qanunla qadağan deyil, amma qadağandır
Dövlət Yol Polisi (DYP) polis əməkdaşları ilə ünsiyyəti mobil telefonun kamerası və ya video-qeydiyyat cihazı vasitəsilə qeyd etməyə ehtiyacın olmadığını bəyan...