Bakıda yeni asfaltlanan yol ÇÖKDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol çöküb.
Sakinlərin sözlərinə görə, ərazi yeni asfaltlanıbmış. Son günlər yağan aramsız yağışlar asfaltı bu hala salıb. Lakin çökməyə səbəbin təkcə yağıntının olmadığı iddia edilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidəki problemə səbəb bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntıdır.
Qeyd olunub ki, bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...