Bakıda yaşlı kişi bir həftədir xəstəxananın dəhlizində gecələyir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yaşlı kişi xəstəxananın dəhlizində gecələyir.
Bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, yaşlı kişi bir həftədir Nəsimi rayonu, M.Mirqasımov küçəsi, 1 AZ1022 ünvanında yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasının dəhlizində özünə məskən salıb. Onun bu vəziyyəti kənardan müşahidə edənlərin narahatlığına səbəb olub.
Bununla bağlı tənqidləri qeyd edən sosial şəbəkə istifadəçiləri yaşlı kişiyə xəstəxanada sahib çıxanın olmadığını bildiriblər.
1 saylı Şəhər Klinik Xəstəxanasından oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmadan sonra məlumat veriləcək”.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...