Bakıda yaşayış kompleksində yanğın oldu, 4-ü uşaq olmaqla 12 nəfər ərazidən çıxarıldı

13
okt
2022
17:35
Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...
