Bakıda yaşayış binasında yanğın olub - FOTO - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın olub - FOTO - YENİLƏNİB
Foto
Hadisə 547

FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın qısa vaxtda yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***11:26

Bakıda yaşayış binası yanır.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, metronun "Azadlıq" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər