Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNİB
Hadisə 0

Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

14:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.Bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər