Bakıda yaşayış binasında yanğın baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yaşayış binasında yanğın baş verib.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Nazirliyin “112” qaynar telefon xəttinə Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə...