Bakıda yarımtikilidə gizlədilən 1 kiloqramdan artıq heroin aşkarlanıb

Bakıda yarımtikilidə gizlədilən 1 kiloqramdan artıq heroin aşkarlanıb
Hadisə 712

Bakıda yarmıtikilidə gizlədilən 1 kiloqram 510 qram heroin aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkar edilərək götürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda “kimyagər” narkobaron saxlanılıb

Bakıda “kimyagər” narkobaron saxlanılıb

Bakıda “kimyagər” narkobaron saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin (R...

1383 Hadisə 15:52 27 dekabr 2019

Son xəbərlər