Bakıda yanmış meyiti tapılan şəxsin kimliyi araşdırılır

Bakıda yanmış meyiti tapılan şəxsin kimliyi araşdırılır
Hadisə 170

Bakıda yanmış vəziyyətdə meyiti tapılan şəxsin kimliyi hələlik məlum deyil.

BAKU.WS "report"a istinadən xəbər verir ki, martın 27-də Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi və rayon prokurorluğuna Binəqədi rayon "DSK" yolu I mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə baxış keçirilib.

Meyitin yanında "Argo" markalı siqaretin kötüyü, qablaşdırılmış vəziyyətdə olan spirt və kibrit qablaşdırılaraq götürülüb.

İlkin araşdırmalarla həmin meyiti aşkar edilən şəxsin ətraf ərazilərdə butulka və dəmir yığmaqla məşğul olduğu müəyyən edilib.

Meyitin xarici müayinəsi zamanı yanmamış hissələrində hər hansı xəsarət izi aşkarlanmayıb.

Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saxta spirt hazırlayanlar tutuldu - VİDEO

Saxta spirt hazırlayanlar tutuldu - VİDEO

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqani...

243 Sosial 18:14 21 aprel 2020

Son xəbərlər