Bakıda baş verən yanğın söndürülüb
Bakı şəhəri, Nərimanov rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
***13:41
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Oxşar xəbərlər
DİN bayram günü 41 nəfəri saxlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 20-də ölk...