Bakıda yanacaqdoldurma məntəqəsində avtomobil sürücünü vurub
08
fev
2023
08:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon bazarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Əsədzadə Fərid Nuru oğlu avtomobilini yanacaqla təmin etmək üçün maşınından yerə düşüb. Bu zaman YDM-nə gələn digər maşın onu vuraraq F.Əsədzadəni özünə məxsus avtomobilə çırpıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...