Bakıda yanacaq daşıyan yük avtomobili qəza edib, partlayış təhlükəsi yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobilinin qəza etməsi nəticəsində ətrafa dağılan yanacağın yanğın-partlayış təhlükəli yaratması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "MERCEDES" markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...