Bakıda vəzifəli şəxsin qətl törədən oğlu polisə təslim oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkan qəsəbəsində qətl törədən şəxs saxlanılıb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bacısının ölümündə şübhəli bilinən Məhəmməd Babayev hadisədən sonra polisə gedərək könüllü təslim olub.
Məlumata görə, M.Babayev Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğludur. O, odlu silahdan atəş açaraq bacısını öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, R.Babayevin adı qoca yaşda olan Türkan qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT – Məmur oğlu bacısını güllələyib öldürdü - FOTO
Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb. Nümyəndənin oğlu Məhəmməd Babayev odl...