Bakıda avtomobil təcili tibbi yardım maşını ilə toqquşdu - VİDEO

Bakıda avtomobil təcili tibbi yardım maşını ilə toqquşdu - VİDEO
Video
Hadisə 1375

Bakıda təcili tibbi yardım maşınının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Hadisə Nərimanov metro stansiyasının yaxınlığında qeydə alınıb. "QAZ-3110" markalı avtomobillə təcili tibbi yardım maşını toqquşub.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, qəza ilə bağlı araşdırma aparılır:

"Ötən gün qeydə alınan yol nəqliyyat hadisəsi maddi ziyanla yekunlaşmış, hadisədə xəsarət qeydə alınmadığı üçün toplanmış materiala hüquqi qiymət verilməklə təqsirkar müəyyən edilməklə zərərçəkən sürücüyə dəymiş ziyanının ödənliməsi üçün müvafiq sənədlər Forma 4-ə əlavə olunmaqla aidiyyatı üzrə onlayn qaydada sığorta edənə göndəriləcək".

Son xəbərlər