Bakıda vəzifəli şəxs biləyini kəsib intihara cəhd etdi
04
may
2023
13:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda vəzifəli şəxs intihara cəhd edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib.
“Yapsan” MMC-nin direktor müavini, 1982-ci il təvəllüdlü R.Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib.
Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şirinovun rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Əvəz Zeynallı kimlərdən nə qədər pul alıb? - ŞOK FAKTLAR + SİYAHI
“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə ittihamlar məlum o...