Bakıda vətəndaşların bank hesablarından 17 min manata yaxın pul oğurlanıb
13
mar
2023
11:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi talama əməlləri həyata keçirən şübhəli şəxs müəyyən olunub.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 nəfərin bank hesablarından ümumilikdə 16.702 manat pul vəsaitlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Rzazadə saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
20 evdən oğurluq edən şəxslər saxlanıldı - FOTO
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətmək...