Bakıda "Vaz 21074" ilə "avtoşluq" edən sürücü həbs olundu
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Vaz 21074" markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.
BAKU.WS xəbər verir ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
"Azərişıq"dan 80 kəndin işıqsız qalması məsələsinə münasibət: "Məsuliyyət təkcə bizim quruma aid deyil"
"Azərişıq" ASC Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalması məsələsinə münasibət bildirib. BAKU.WS xəbər verir ki, bu barədə qurumdan Oxu.az-a bildirilib. ...