Bakıda IV sinif şagirdi yeni kondisioner hazırladı - VİDEO
Bakı məktəblisi yeni kondisioner modeli hazırlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qurumun tabeliyindəki 161 nömrəli tam orta məktəbin IV sinif şagirdi Məhəmməd Vəlilinin hazırladığı iki hissədən ibarət qurğu sabit otaq iqliminin saxlanması və isti havanın qəbul edilərək sərinləşdirilməsi funksiyasını icra edir.
M.Vəlili hazırladığı qurğunu daha da təkmilləşdirməyi düşünür.Qeyd edək ki, texnoloji yeniliklər etmək üçün daim özü üzərində çalışan məktəbli bundan öncə yeni formada təmizləmə funksiyasını icra edən tozsoran modeli və helikopter maketi hazırlayıb.
Gələcəkdə robot mühəndisi olmaq istəyən M.Vəlili boş vaxtlarında müxtəlif texnologiya və məişət əşyalarının mexanizmini dərindən öyrənərək onu daha təkmilləşdirilmiş formada tətbiq etməyə çalışır.
Oxşar xəbərlər
May ayı üçün gözlənilən hava PROQNOZU
May ayı üçün gözlənilən hava proqnozu açıqlanıb. BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, may ayında havanın orta aylıq temperaturu...