Bakıda uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO

21
avq
2019
15:37
Bakıda dəhşətli qəzanın qarşısı son anda alınıb.BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, 10 TH 407 dövlət nömrə nişanlı marşrut avtobusu piyada keçidinin üstündə saxlayıb.Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onu ötmək istəyir.Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçır.Qadın isə onun ardınca gedir. Son anda yük maşının altına düşməkdən xilas olur."Kamaz"ın sürücüsü manevr edir, eyni zamanda qadın uşağın əlindən tutaraq geri çəkilir. Nəticədə bədbəxt hadisə baş vermir.Avtobus piyada keçidinin üstündə dayanmaqla, "Kamaz" sürücüsü sürəti azaltmamaqla qaydanı pozur.Piyadalar isə müəyyən olunmuş yerdən yolu keçməlidir. Videonu təqdim edirik:
Oxşar xəbərlər
Heydər Əliyev prospektində dəhşətli qəzadan son anda xilas oldu - VİDEO
Heydər Əliyev prospektində baş verən qəzanın görüntüsü kameraya tuş gəlib. BAKU.WS-in məlumatına görə, keçid olmayan yerdən yolu keçən piyada qəza şəraiti yarad...
