Bakıda uşaq bağçasından oğurluq olub
24
yan
2022
12:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda uşaq bağçasının damından 1200 manat dəyərində naqil oğurlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki inzibati binaların birindən 50 ədəd pəncərə, pəncərə çərçivələri və 60 metr naqil, bir uşaq bağçasının damından isə 1200 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Şirinov saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə “patı” və “şüşə” satan narkotacirlər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...