Bakıda uşaq bağçasındakı təhlükəli vəziyyət aradan qaldırıldı

Bakıda uşaq bağçasındakı təhlükəli vəziyyət aradan qaldırıldı
Video
Hadisə 244

Bakının Xətai rayonu, 165 saylı körpələr evi-uşaq bağçasının həyətində yaranmış iyrənc mənzərə aradan qaldırılır.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Xətai rayonu, Abbas Səhət 6 ünvanında yerləşən 165 nömrəli bağçanın həyətində kanalizasiya quyusunda tutulma halı qeydə alınıb.

Rayon sukanal idarəsinin əməkdaşları ərziyə cəlb olunaraq tullantı su xəttinin fəaliyyətini bərpa ediblər.

***12:25

Bakının Xətai rayonu, 165 saylı körpələr evi-uşaq bağçasında uşaqların həyatı təhlükə altındadır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, bağçanın həyəti kanalizasiya suları altında qalıb:

"Neçə vaxtdır ki, ərazidə boru partlayıb, kanalizasiya suları uşaq bağçasının həyətinə dolub. Valideynlər və bağça rəhbərliyi dəfələrlə müvafiq qurumlara şikayət etsə də baxan yoxdur. Antisanitar vəziyyət baş alıb gedir, azyaşlıların həyatı ciddi təhlükə altındadır".

Məsələ barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlamışıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər