Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü yaralanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində, General Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.
“Hyundai” markalı minik avtomobilinin sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə olan digər 2 “Toyota” markalı avtomobil ona çırpılıb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib. 1 nəfər xəsarət alıb.
Əraziyə çağırılan yol patrul xidmətinin əməkdaşları avtomobillərin yoldan kənarlaşdırılmasını təmin ediblər. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda dəhşətli hadisə: Arvadını polis şöbəsinin yanında görüb çöllüyə apardı və...
Bakının Sabunçu rayonunda 1979-cu il təvəllüdlü Arif mübahisə zəminində arvadı Cəmiləni (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS teleqraf.com-a istin...