TƏBİB: Toyda zəhərlənmə şübhəsi ilə ümumilikdə 51 nəfər hospitalizasiya olunub

Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bundan əvvəl 36 nəfərin hospitalizasiyasından əlavə olaraq 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
*** 09:36
Dünən gecə 32 nəfərin toyda zəhərlənməsi ilə bağlı məsələni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırda araşdırır.
BAKU.WS xəbər verir ki,bu barədə AQTA-dan bildirilib.
Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
*** 08:58
"Aprelin 19-da 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki,bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib.
O bildirib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub:
"Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb".
*** 02:39
Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, restoranda ürəkbulanma və başgicəllənmədən şikayətlənən şəxslər Kliniki Tibbi Mərkəzə aparılıb.
Restorandakı qidadan zəhərləndiyini deyən Quliyeva Ruhiyyə bildirib ki, xəstəxanaya xeyli sayda insan gətirilib və hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Xəstəxanaya gətirilən şəxslərin sayı dəqiq bilinmir. Faktla bağlı araşdırma aparılır.
Qalereya

Oxşar xəbərlər
Azərbaycanda zəlzələ olub
Yardımlı rayonunda aprelin 19-da zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə bildirilib ki, yerli vaxtla saat 16:00-da qeydə alınan...