Bakıda toyda 3 nəfəri bıçaqlayan şəxs tutuldu

Bakıda toyda 3 nəfəri bıçaqlayan şəxs tutuldu
Hadisə 335
Daxili İşlər Nazirliyi (DİN) Bakıda "Bənövşə" şadlıq sarayındakı bıçaqlanma ilə bağlı məlumat yayıb.BAKU.WS DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat daxil olub.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda oyuncaq tapança ilə "Topaz"a hücum edib qarət etdi

Bakıda oyuncaq tapança ilə "Topaz"a hücum edib qarət etdi

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.BAKU.WS xəbər verir k...

540 Hadisə 12:26 24 sentyabr 2019

Son xəbərlər