Bakıda top mərmisi tapılıb

Bakıda top mərmisi tapılıb
Foto
Hadisə 191

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) Bakı şəhəri Nəsimi rayonu "Port Baku" ərazisində aparılan tikinti işləri zamanı hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

Bakıda top mərmisi tapılıb

Qeyd olunub ki, ANAMA, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb edilərək, əraziyə baxış keçirib. Baxış zamanı təxminən 1930-40-cı illərdə istehsal olunan 1 ədəd 76 mm-lik, F-354 modeli olan yüksək partladıcılı qəlpəli top mərmisi aşkar edilib.

Aşkar edilən top mərmisi zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılaraq, partlayış yolu ilə məhv edilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təmizləmə işləri aparılıb, hər hansı təhlükəli əşya aşkar edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...

74 Hadisə 00:02 12 avqust 2026

Son xəbərlər