Bakıda tibb müəssisəsində OĞURLUQ
Paytaxtın Nərimanov rayonunda yerləşən tibb müəssisələrinin birində oğurluq hadisəsi baş verib.
BAKU.WS-in məlumatına görə, zərərçəkən şəxs polisə müraciət edərək bank kartından 180 manatlıq alış-veriş edildiyini, həmçinin içərisində 300 manat olan pul kisəsinin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Kərimov müəyyən edilərək saxlanılıb.
Onun bir qadına məxsus içərisində 1500 manat, sənəd və bank kartları olan çantasını oğurlaması da məlum olub.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qab...