Bakıda teplovozla avtomobil toqquşub: Ölən var - VİDEO
Bakıda teplovozla avtomobil toqquşub, ölən var.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, hadisə fevralın 26-da paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, maşinist - Füzuli rayon sakini, 1989-cu il təvəllüdlü Kamil İmanov və maşinist köməkçisi – paytaxt sakini, 1975-ci il təvəllüdlü Vasif Mustafayevin idarə etdiyi Biləcəri-Lokomotiv deposuna məxsus teplovozla Xəzər rayonu, Binə qəsəbəsi Qala-Binə dəmiryolu mənzilinin 30-cu kilometrliyində qorunmayan dəmiryolu keçidində hərəkətdə olarkən sürücü – Sumqayıt sakini, 2001-ci il təvəllüdlü Nicat Fərzəliyevin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil toqquşub.
Nəticədə sürücü və onun sərnişini Yaqub Yusifzadə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Fevralın 27-də N.Fərzəliyev ölüb.
Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qurbanlıq heyvanlar bu qiymətə satılır – VİDEO
Avqustun 22-23-də Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar sabahdan başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların...