Bakıda tələbə universitetin binasından yıxılıb - VİDEO

Bakıda tələbə universitetin binasından yıxılıb - VİDEO
Video
Hadisə 512

Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbə yüksək mərtəbədə təhlükəli manevrlər edərək video çəkib. Bu zaman o tarazlığını itirərək yıxılıb.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan bu görüntülər səs-küyə səbəb olub. Universitetdən də tələbənin yüksək mərtəbədən yıxılmasına aydınlıq gətirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov "Xəzər Xəbər"ə bildirib ki, sözügedən hadisə aylar öncə baş verib.

Onun sözlərinə görə, tələbə bir mərtəbə aşağı düşsə də xəsarət almayıb.

O da bildirilib ki, tələbə Seymur Soltanzadənin özü baş verənlərə münasibət bildirmək istəmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər