Bakıda təhlükəli çuxur az qala qəzaya səbəb olurdu - ANBAAN VİDEO

Bakıda təhlükəli çuxur az qala qəzaya səbəb olurdu - ANBAAN VİDEO
Video
Hadisə 140

Paytaxtın Yasamal rayonunda yolun bərbad vəziyyətdə olan asfalt örtüyü sürücülərə çətinlik yaradır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, söhbət Məhəmməd Hadi küçəsi ilə gedəndə, yolun Yasamal parkı tərəfdə olan hissəsindən, yenicə işıqfor quraşdırılmış ərazisindən gedir.

"Hərəkət sürətim 50-53 km/saat idi. Qarşıdan gələn avtomobilə yol vermək üçün sağa çəkildiyim anda çalaya düşdüm. Ən təhlükəlisi də budur ki, yol sahəsində hər hansı xəbərdaredici nişan, lent və ya işıqlandırıcı vasitə yox idi. Açıq-aşkar görünür ki, burada qazıntı və ya təmir işləri aparılıb, lakin nə xəbərdarlıq lövhəsi, nə də təhlükəsizlik tədbiri qoyulmayıb".

Şikayətçi bildirib ki, hadisə nəticəsində maşınına ziyan dəyib.

Hadisə anına dair kadrları təqdim edirik:

Son xəbərlər