Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının zəruri tibbi çağırış olmadan kobud şəkildə pozulduğu faktı aşkarlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, aprelin 16-da səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində təcili yardım avtomobilinin sürücüsü xüsusi işıq və səs siqnallarından istifadə edərək yolun əks istiqamətinə çıxıb, qoşa xəttin tələblərini pozaraq digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.
Yol polisi əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü Mehman Əliyevin həmin vaxt heç bir çağırışa getmədiyi, avtomobildə xəstə və ya tibbi personalın olmadığı halda xüsusi siqnallardan istifadə etdiyi müəyyən edilib.
Araşdırmalarla onun qayda pozuntularını hərəkət etdiyi müddətdə dəfələrlə təkrarladığı aşkarlanıb. Keçirilən tibbi müayinə zamanı sürücünün narkotik vasitə qəbul etdiyi və sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...