Bakıda tanışlıq bəhanəsi ilə kişinin pulunu oğurlayan qadın SAXLANILDI
Paytaxtın Nəsimi rayonunda tanış olmaq məqsədilə kişiyə yaxınlaşaraq onun pulqabısını oğurlayan qadın saxlanılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində 900 manat pul, bank kartları və şəxsiyyət sənədləri olan pulqabısının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər analoji cinayətə görə məhkum olunmuş 43 yaşlı O.Musayeva müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, tanış olmaq məqsədilə zərərçəkənə yaxınlaşıb, diqqətini yayındıraraq pul kisəsini oğurlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda "Ford" markalı yük maşını yanıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat da...