Bakıda tanınmış yazıçının meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb.
Belə ki, 1946-cı il təvəllüdlü Bəhram Nütvəli oğlu Mustafabəylinin meyitinin üzərində zorakılıq əlamətləri görünməyib.
Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, B.Çələbi kriminal mövzularda çoxsaylı kitabların müəllifidir. Onun kitabları son illərdə ölkədə ən çox satılan nəşrlər arasında olub.
Şəkidə anadan olmuş B.Çələbi bu rayonda uzun müddət müxtəlif vəzifələrdə çalışıb və 1980-1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. O, 1990-cı illərin sonunda Bakıya köçmüşdü.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...