Bakıda taksi sürücüsü yol polisinə hücum etdi - Şok görüntülər - VİDEO

20
sen
2019
14:03
Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib.Bakıda taksi sürücüsü yol polisinə tabesizlik göstərib. BAKU.WS "avtosfer.az"a istinadən xəbər verir ki, hadisə Niyazi küçəsi ilə İstiqlaliyyət küçələrinin kəsişməsində baş verib. Niyazi küçəsindən sola Prezident Adminstrasiyası istiqamətində dönmək istəyən 90 PL 256 dövlət nömrə nişanlı, "Lada Granta" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü, Orxan Məmmədli orda xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb. Yol polisləri ona sağa hərəkət etməyi göstərsələr də sürücü təxminən bir dəqiqə ərzində avtomobili ərazidə saxlayıb. Sonra isə qəfildən avtomobildən düşərək yol polislərinə hücum edib. YPX əməkdaşı onu sakitləşdirməyə çalışsalar da Orxan Məmmədli müqavimət göstərib. Sonda yol polisləri onu kənara çəkərək saxlamağa nail olub. Digər YPX əməkdaşı isə avtomobili təhlükəsiz əraziyə çəkərək sıxlığın qarşısını alıb. Sürücü barəsində toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib. Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda yol polisinə tabe olmayıb, aləmi bir-birinə vuran gənc həbs edildi - VİDEO
Bakı şəhəri, Heydər Əliyev prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyada həbs edilib.BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, yol pol...
