Bakıda sürücüyə dəmir parçası ilə hücum edən şəxs həbs edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sürücülər arasında insidentə səbəb olan sürücü saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
K.Nəcəfov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
Qalereya
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını isə maşınında dəfələrlə... — Azərbaycanda ŞOK
Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən 1975-ci il təvəllüdlü Elşən Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb....