Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, qətlə yetirilən Səlim Əliyev Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksim Əhmədovun taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.
Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Dənizkənarı Milli Park ərazisində kişi ölüb
Dənizkənarı Milli Park ərazisində təxminən 35-40 yaşları arasında kişi yıxılaraq qəfildən dünyasını dəyişib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, onun in...