Bakıda sürücülər arasında dava olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda xuliqanlıq hadisəsi olub.
BAKU.WS-ə bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dekabrın 14-də Binə qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin sürücüsünün xuliqanlıq zəminində Buzovna qəsəbə sakini N.Hacıyevi döyməsi və idarə etdiyi “VAZ-2104” markalı avtomobilini təpiklə əzməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini İ.İsmayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bu şəxslər "patı" satdığına görə tutuldu - FOTO
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional q...