Bakıda sürücü sükan arxasında qıcolma keçirdi - Ağır qəza törətdi
05.01.2026-ci il tarixində saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 1 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və başın açıq yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
***15:09
Səhər saatlarında Avropa Azərbaycan Məktəbinin qarşısında ağır qəza baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəzaya səbəb sürücünün sükan arxasında qıcolma keçirməsi olub.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb, avtomobillərə ziyan dəyib.
Qəza törədən sürücü Avropa Azərbaycan Məktəbinə şagird gətirirmiş.
Oxşar xəbərlər
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu...