Bakıda suda batmış maşını çıxarmağa gələn evakuator da suda ilişib qaldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri ərazisində yeni "göl" yaranıb. Aramsız yağan yağışların nəticəsi olaraq "Sədərək" ticarət mərkəzi ərazisində böyük bir sahə su altındadır.
BAKU.WS-in qaynar xəttinə göndərilən videodan məlum olur ki, ərazidə bir neçə maşın də yaranan "göldə" batıb qalıb.
Maraqlıdır ki, vətəndaşın müraciəti əsasında əraziyə gələn evakuator maşını da su altında qalaraq oradan çıxa bilməyib.
Mövcud vəziyyət qeyd olunan ərazidə kanalizasiya sisteminin o qədər də yaxşı işləmədiyini ortaya qoyub. Bunun nəticəsidir ki, yağış suları böyük bir ərazini əhatə edir.
Oxşar xəbərlər
Azərbaycanda KaMAZ-ı sel apardı - FOTO
Göyçay rayonunda yük avtomobili çaydan keçərkən suda batıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1982-ci il təvəllüdlü Əziz M...