Bakıda su quyusunda meyit tapıldı

21
apr
2023
23:46
Bakıda su quyusunda meyit aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
“Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb - FOTO/VİDEO - YENİLƏNİB-7
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürül...