Bakıda stomatoloji kabinetdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanıda stomatoloji kabinetlərin birindən doqquz ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Suraxanı rayonunda yerləşən stomatoloji kabinetlərin birindən oğurluq edilib.
Zərərçəkən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat dəyərində tibbi avadanlıq, notbuk və doqquz ədəd qızıl dişin oğurlandığını bildirib.
Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayev saxlanılıb.
Həmin şəxsdən əlavə olaraq dörd qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Oxşar xəbərlər
Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalç...